...

CAR əyaləti Azərbaycanın regionları ilə əməkdaşlıq qurmaq fikrindədir

Siyasət Materials 16 Aprel 2012 17:08 (UTC +04:00)
Cənubi Afrika Respublikasının Kvazulu-Natal əyaləti Azərbaycanla əməkdaşlıq qurmaq fikrindədir. Bunu Azərbaycanın CAR-da səfiri Elxan Poluxovla görüşündə əyalətin rəhbəri Nhlanla Ngidi deyib. Trend-in məlumatına görə, bu barədə bazar ertısi səfirliyin məlumatında deyilir.
CAR əyaləti Azərbaycanın regionları ilə əməkdaşlıq qurmaq fikrindədir

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Cənubi Afrika Respublikasının Kvazulu-Natal əyaləti Azərbaycanla əməkdaşlıq qurmaq fikrindədir. Bunu Azərbaycanın CAR-da səfiri Elxan Poluxovla görüşündə əyalətin rəhbəri Nhlanla Ngidi deyib. Trend-in məlumatına görə, bu barədə bazar ertısi səfirliyin məlumatında deyilir.

Əyalətin rəhbəri Azərbaycanın CAR üçün kəşf edilməsinin vacib olduğunu qeyd edərək, təmsil etdiyi əyalətin nümayəndə heyətinin ölkəmizə səfər etməsi mümkünlüyünü və sıx iqtisadi əlaqələrin yaradılması vacibliyini vurğulayıb. Həmçinin ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün əyalətin ən böyük şəhəri sayılan Durban şəhərinin mühüm rolu ola biləcəyini qeyd edib.

Poluxov həmsöhbətə Azərbaycan və Ermənstan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqda ətraflı məlumat verib. Hər iki ölkənin təqribən eyni tarixi dövrdə yeni siyasi sistemə keçdiyini vurğulayan səfir bu səbəbdən ölkələr arasında oxşar cəhətlərin çox olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti