...

Kürsəngi-Yolüstü avtomobil yolunun tikintisinin davam etdirilməsinə maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 20 Aprel 2012 18:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Kürsəngi-Yolüstü avtomobil yolunun tikintisinin davam etdirilməsinə maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, on min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Kürsəngi-Yolüstü avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,0 (dörd) milyon manatı Salyan rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti