Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/
Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar Gürcüstanın bir çox bölgələrində silsilə tədbirlər keçiriləcək.
Trend-in Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzi bir sıra gənclər təşkilatları ilə birgə Şuşa şəhərinin işğalına həsr olunmuş tədbir təşkil edəcək. Tədbirdə Şuşanın tarixi, şəhərdə yerləşən mədəni abidələr, təbii resurslar haqqında geniş məlumat veriləcək, Şuşanın işğalına həsr olunmuş videoçarxlar, bukletlər, kitablar, foto və rəsm əsərləri nümayiş olunacaq.
Tədbirdə Gürcüstanın dövlət rəsmiləri, gürcü və azərbaycanlı ziyalıların, gənclərin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı gözlənilir. Tədbirdə Şuşada, eləcə də işğal olunmuş ərazilərdə tarixi-memarlıq və mədəniyyət abidələrinin dağıdılması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciətin qəbul olunması da nəzərdə tutulur.
Gürcüstan azərbaycanlıları Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirəcək
Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar Gürcüstanın bir çox bölgələrində silsilə tədbirlər keçiriləcək.
