...

Mehriban Əliyeva Türkiyənin nüfuzlu jurnalının "İlin birinci xanımı" nominasiyasında qalib olub

Siyasət Materials 27 Aprel 2012 17:54 (UTC +04:00)
Türkiyənin "Ekovitrin" nüfuzlu aylıq jurnalının illik sorğusunun nəticələri əsasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ilin yekunları üzrə "İlin birinci xanımı" nominasiyasında qalib olub.
Mehriban Əliyeva Türkiyənin nüfuzlu jurnalının "İlin birinci xanımı" nominasiyasında qalib olub

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin "Ekovitrin" nüfuzlu aylıq jurnalının illik sorğusunun nəticələri əsasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ilin yekunları üzrə "İlin birinci xanımı" nominasiyasında qalib olub.

Trend-in məlumatına görə, səsvermə iki ay ərzində 102 namizəd arasında 34 nominasiya üzrə keçirilib. Münsiflər heyəti hər bir nominasiyada üç namizədi müəyyənləşdirib. Sonra seçilən namizədlərə jurnalın oxucuları səs veriblər.

Jurnalın digər nominasiyaları üzrə qaliblər arasında İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu və London meri Boris Conson da var.

Səsvermədə ümumilikdə 250 mindən artıq respondent iştirak edib. Qaliblərə iyunda keçirləcək təntənəli mərasimdə "Fəxri mükafat" təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti