Azərbaycan, Bakı, 3 may / Trend müxbir K.Zərbalıyeva/
Vyanada BMT-nin Cinayətlərin qarşısının alınması və cinayət mühakiməsi üzrə Komissiyasının 21-ci sessiyası keçirilib.
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünyanın 111 dövlətindən 800-dək nümayəndənin iştirak etdiyi tədbirdə miqrant və məhkumların hüquqlarının müdafiəsi, transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən korrupsiya, terrorçuluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi, bu sahədə qanunvericilik və institusional vəziyyət, müxtəlif ölkələrin təcrübəsi və bir sıra digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçılarına korrupsiya və terrorçuluğa qarşı mübarizə, habelə miqrasiya sahəsində Azərbaycanda həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumat verilib.
Sessiyada Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsi müdirinin müavini Gülnar Rəsulova, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Orxan İsayev, həmçinin Ədliyyə, Milli Təhlükəsizlik, Xarici İşlər, Daxili İşlər nazirliklərinin və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Vyanada BMT-nin Cinayətlərin qarşısının alınması və cinayət mühakiməsi üzrə Komissiyasının 21-ci sessiyası keçirilib.
