...

Azərbaycan Parlamentinin sədri Səudiyyə Ərəbistanına gedir

Siyasət Materials 3 May 2012 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti mayın 4-dən 8-nə qədər Səudiyyə Ərəbistanı Krallığında səfərdə olacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib.

Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlardan Fəttah Heydərov, Sahibə Qafarova, İmamverdi İsmayılov, Çüngiz Əsədullayev, Aydın Mirzəzadə, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər zamanı nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin sədri Abdullah bin Məhəməd bin İbrahim Al Şeyxlə, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri və ölkənin digər rəsmi şəxsləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, qanunvercilik sahəsində təcrübə, informasiya mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti