...

Azərbaycan Prezidenti İlham Əliyev İSESCO-nun xatirə qızıl medalı ilə təltif edilmişdir

Siyasət Materials 3 May 2012 22:57 (UTC +04:00)
Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının (İSESCO) yaradılmasının 30 illiyi münasibətilə Mərakeş Kralı VI Məhəmmədin dəstəyi ilə mayın 3-də İSESCO-nun mənzil- qərargahında yubiley mərasimi keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev İSESCO-nun xatirə qızıl medalı ilə təltif edilmişdir

Azərbaycan, Bakı, 3 may /Trend/

Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının (İSESCO) yaradılmasının 30 illiyi münasibətilə Mərakeş Kralı VI Məhəmmədin dəstəyi ilə mayın 3-də İSESCO-nun mənzil- qərargahında yubiley mərasimi keçirilmişdir. Bu barədə Azərbaycanın Mərakeşdəki səfirliylinə istinadən AzərTAc dövlət xəbər agentliyi məlumat yayıb.

Mərasimdə Baş nazir A.Benkiran başda olmaqla Mərakeş Krallığı hökumətinin üzvləri, İSESCO-ya üzv dövlətlərin, beynəlxalq təşkilatların, Rabatda akkreditə olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri və İSESCO-dakı daimi nümayəndəsi S.Ağabəyov iştirak etmişlər.

Bir gün əvvəl - mayın 2-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri səfir S.Ağabəyovla görüşmüşdür.

Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış məktubu, İSESCO-nun 30 illik yubiley xatirə qızıl medalını və "İSESCO: 30 ilin nailiyyətləri" adlı kitabı ali ünvan sahibinə çatdırılmaq məqsədilə səfirə təqdim etmişdir.

Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yubiley münasibətilə baş direktora ünvanlanmış təbrik məktubu Əbdüləziz bin Osman əl-Tüveycriyə təqdim olunmuşdur.

Qurani Kərimdən ayələrin oxunması ilə başlamış yubiley mərasimində Baş nazir A.Benkiran Mərakeş Kralı VI Məhəmmədin tədbir iştirakçılarına məktubunu oxumuşdur.

Sonra baş direktor Əbdüləziz bin Osman əl-Tüveycri çıxış etmiş, İSESCO-nun 30 ildə gördüyü işlərdən və perspektiv vəzifələrdən danışmış, 30 illik yubiley xatirə qızıl medalını Baş nazir A.Benkirana təqdim etmişdir.

Daha sonra İSESCO-nun 30 illik fəaliyyəti haqqında film nümayiş etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə dövlətimizin yüksək mükafatının - "Şöhrət" ordeninin təqdim edilməsi mərasimi də filmdə əksini tapmışdır.

Xəbər lenti

Xəbər lenti