Azərbaycan, Bakı, 9 may /Trend/
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Avstraliya İttifaqında (Kanberra şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Nazirlər Kabineti Azərbaycanın Avstraliyada səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin. Azərbaycan Xarici İşlər Nazirliyi səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin.
Bu sərəncam imzalandığı gündən (8 may) qüvvəyə minir.