...

Prezident İlham Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini qəbul edib

Siyasət Materials 13 May 2012 14:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul edib.
Prezident İlham Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini qəbul edib

Azərbaycan, Bakı, 13 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul edib.

Dövlətimizin başçısı ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini qeyd edib, bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini vurğulayıb.

Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quayd müasir dövrdə velosiped sürmə idman növünə dünyanın müxtəlif ölkələrində marağın getdikcə artdığını deyib, qlobal istiləşmə, iqlim dəyişikliyi, ətraf mühitin qorunması və digər məsələlərin həllində bu idman növünə daha çox üstünlük verildiyini vurğulayıb. Patrik Mak Quayd Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini qeyd edib.

Xəbər lenti

Xəbər lenti