...

Azərbaycan İrandakı antiazərbaycan fəaliyyətinə adekvat reaksiya göstərir - XİN

Siyasət Materials 18 May 2012 21:09 (UTC +04:00)
Azərbaycan İrandakı antiazərbaycan fəaliyyətinə adekvat reaksiya göstərir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
Azərbaycan İrandakı antiazərbaycan fəaliyyətinə adekvat reaksiya göstərir - XİN

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan İrandakı antiazərbaycan fəaliyyətinə adekvat reaksiya göstərir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, Bakı İranda antiazərbaycan çıxışlarını qəbuledilməz hesab edir və bu cür fəaliyyəti Azərbaycan dövlətçiliyinə qarşı atılmış addım kimi qiymətləndirir.

"Azərbaycan hökumətinin qəbul etdiyi qərar Azərbaycan xalqının maraqlarına cavab verir. Azərbaycan qonşuları ilə münasibətlərini mehriban qonşuluq prinsipləri əsasında qurur və digər ölkələrin işinə müdaxilə erməmək prinsipinə sadiq qalır. Heç kəsin Azərbaycanın işlərinə qarışmağa haqqı yoxdur", - Abdullayev qeyd edib.

Son vaxtlar Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında bir neçə dəfə etiraz aksiyası keçirilib.

Xəbər lenti

Xəbər lenti