...

Azərbaycanın gənc şairlərinin İranda saxlanılması məsələsi diqqətdə saxlanılır

Siyasət Materials 21 May 2012 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın gənc şairlərinin İranda saxlanılması məsələsi gündəlik şəkildə diqqətdə saxlanılır. Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.

"Azərbaycanın Təbrizdəki Baş konsulluğu, eyni zamanda Tehrandakı səfirlik gündə bir neçə dəfə görüşlər keçirib, bütün instansiyalara məktublar göndərilib. Təəssüflər olsun ki, İran tərəfi nəinki o şəxslərin qaytarılması, həbsi ilə bağlı da məlumat vermir", - Abdullayev deyib. Onun sözlərinə görə, bu istiqamətdə iş aparılır və ən yuxarı instansiyalara məlumat veriləcək.

Mətbuat katibi deyib ki, bu məsələ İranın dövlət strukturlarının biri-biri ilə əlaqəsinin olmadığını göstərdi.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, bu gün yüzlərlə, minlərlə İran vətəndaş Azərbaycana səfər edir. "Biz onların hər birini casus, ölkənin təhlükəsizliyinə təhdid obyekti kimi görsək, bu, artıq qonşuluq, dostluq münasibəti deyil. İki gənc şairin valideynlərinin həftələrdir nə çəkdiyini təsəvvür etmək çətindir", - Həsənov deyib.

PA rəsmisi belə hallara qarşı Azərbaycan jurnalistikasının da reaksiya verməsinin vacib olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti