...

Mübariz Əhmədoğlu: Avropa İttifaqının Ermənistana dəstəyi onun daha da aqressivləşməsinə səbəb olub

Siyasət Materials 25 May 2012 12:23 (UTC +04:00)
Avropa İttifaqı və onun bəzi aparıcı dövlətlərinin Azərbaycandan enerji tələb etdiyi bir vaxtda Ermənistan Azərbaycan Respublikasına qarşı yeni aqressivlik nümayiş etidirir, bəzi köhnə antiazərbaycan vasitələrini işə salır.
Mübariz Əhmədoğlu: Avropa İttifaqının Ermənistana dəstəyi onun daha da aqressivləşməsinə səbəb olub

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir M.Əliyev/

Avropa İttifaqı və onun bəzi aparıcı dövlətlərinin Azərbaycandan enerji tələb etdiyi bir vaxtda Ermənistan Azərbaycan Respublikasına qarşı yeni aqressivlik nümayiş etidirir, bəzi köhnə antiazərbaycan vasitələrini işə salır. Bunu cümə günü Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Ermənistan Müdafiə Nazirliyinin rəsmisi, baş mütəxəsislərindən biri Azərbaycanın neft və qaz daşıyan boru kəmərlərinin Ermənistana yaxın ərazilərdən keçdiyini yenidən yada saldı. Müharibə başlayacağı təqdirdə ilk olaraq bu kəmərlərin sıradan çıxarılacağını bildirdi. Bu kəmərlər Azərbaycanın neft və qazını Avropaya daşıyır və başqa bir təyinatları yoxdur. Ermənistan rəhbərliyi və siyasətçiləri İranı Azərbaycan Respublikasına qarşı qızışdırmaqla məşğuldurlar", - politoloq əlavə edib.

Əhmədoğlunun sözlərinə görə, Ermənistan Xəzər dənizində Azərbaycanla Türkmənistan arasında olan mübahisənin qızışmasına ciddi cəhdlər etdi.

"İndi də Ermənistanda ümid edirlər ki, İran və Türkmənistanın Azərbaycana müharibə edəcəyinə çox vaxt qalmayıb. Region qaynar qazana çevrilir. Ermənistanın yenidən aqressivləşməsinin və bu aqressivləşmədə rəsmilərin iştirakı Aİ-nin artan dəstəyi ilə əlaqəlidir. ABŞ-ın parlament seçkisinə dəstəyini nəzərə almasaq, Ermənistanın ABŞ, Türkiyə və İranla olan münasibətlərində sabitlikdir. Ermənistanın Rusiya ilə münasibətlərində geriləmə müşahidə olunur. Ermənistanla Rusiyanın hərbi müttəfiq olmasına baxmayaraq, bu iki dövlətin münasibətlərini gərgin münasibətlər kimi xarakterizə etmək olar. Son vaxtlar Ermənistanın yalnız Avropa İttifaqı ilə münasibətlərində artım müşahidə olunur. Aİ Ermənistana həm siyasi, həm də iqtisadi dəstəyini artırıb", - politoloq bildirib.

Onun sözlərinə görə, Aİ Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Ermənistana fərqli münasibət göstərir. İqtisadi tərəfdaşlığını artıracağını bildirir. Aİ-nin artan dəstəyini Ermənistan regionda gərginliyi artırmaq istqamətində başa düşür.

"Aİ Azərbaycanın təzyiqlər məkanına çevirilməsində aşkar iştirak edir. Ermənistanın Azərbaycana qarşı aqressivliyinin artmasına Aİ-nin yalnız artan dəstək nümayiş etdirməsi regionda onun planlarına ciddi zərbə vuracaqdır. Əgər Aİ Cənubi Qafqaz regionu üzrə indiki siyasətini dəyişməyəcəksə, regiona əlavə siyasi və maliyyə resursu xərcləməyinin səmərəliliyi barəsində düşünməsi daha məqsədəuyğundur", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti