...

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatdı (FOTO)

Siyasət Materials 30 May 2012 19:03 (UTC +04:00)
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatdı (FOTO)

Azərbaycan, Bakı, 30 may /Trend/

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

Naxçıvan beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Milli geyimli qız Prezident İlham Əliyevə gül dəstəsi təqdim etdi.

Azərbaycan Prezidentini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər yola saldılar.

Dövlətimizin başçısı həmin gün Naxçıvandan Bakıya qayıtdı.

Xəbər lenti

Xəbər lenti