...

Cənubi Afrika Respublikası Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verir (FOTO)

Siyasət Materials 31 May 2012 18:24 (UTC +04:00)
Cənubi Afrika Respublikasının (CAR) Pretoriya şəhərində ilk dəfə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May - Respublika Gününə həsr olunmuş ziyafət təşkil edilib.
Cənubi Afrika Respublikası Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verir (FOTO)

Azərbaycan, Bakı, 31 may /Trend/

Cənubi Afrika Respublikasının (CAR) Pretoriya şəhərində ilk dəfə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May - Respublika Gününə həsr olunmuş ziyafət təşkil edilib.

Səfirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbirə ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrin, Azərbaycan və türk icmasının nümayəndələri, yerli KİV-lər və iş adamları qatılıblar.

Ziyafət tədbirində hər iki dövlətin himninin səsləndirilməsindən sonra səfir Elxan Poluxov açılış nitqi ilə çıxış edib. Qonaqlara Azərbaycan və 28 May - Respublika Günü barədə məlumat verən səfir, həmçinin bu ilin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının iyirmi illiyinə təsadüf etdiyini qeyd edib və səfirliyin perspektiv planları barədə danışıb.

Öz növbəsində, Cənubi Afrika Dövləti adından çıxış edən Enerji Departamentinin baş direktorunun müavini Tseliso Maqubela CAR-ın Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verdiyini qeyd edib. Həmçinin, qonaq Azərbaycanın CAR-da səfirlik tərəfindən təmsil olunmasının ölkələr arasında ikitərəfli münasibətlərin dərindən inkişaf etməsinə töhfə verəcəyinə inandığını vurğulayıb.

Daha sonra Poluxov və Maqubela tərəfindən üzərində Azərbaycan və CAR bayraqları əks olunmuş tort kəsilib və qonaqlar milli və müxtəlif xarici təamlardan ibarət ziyafət masasına dəvət olunublar. Tədbirdə, həmçinin milli suvenir və xalçalardan ibarət Azərbaycan guşəsi təşkil olunub.

Xəbər lenti

Xəbər lenti