...

28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər davam edir

Siyasət Materials 31 May 2012 19:49 (UTC +04:00)
28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbriklər davam edir.
28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər davam edir

Azərbaycan, Bakı, 31 may /Trend/

28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbriklər davam edir.

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İspaniya hökuməti və xalqı ilə birlikdə təbriklərimi Sizə çatdırmaq istəyirəm. Sizə cansağlığı arzularımı çatdırır, dost Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm", - İspaniyan Kralı Xuan Karlos təbrikində qeyd edib.

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə təbriklərimi çatdırmaq istərdim. Əminəm ki, Azərbaycan ilə Latviya arasında mövcud dostluq münasibətləri gələcəkdə daha da möhkəmlənəcəkdir. Şəxsən Sizin dəstəyinizlə qarşılıqlı əlaqələrimizin daha da genişlənəcəyinə ümid edirəm. Xahiş edirəm, şəxsən öz adımdan və Latviya xalqı adından ən səmimi arzularımı qəbul edəsiniz", - Latviya Respublikasının Prezidenti Andris Berzinşin təbrik məktubunda deyilir.

İsveçin Kralı XVI Karl Qustavdan: "Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzu edirəm".

Prezident İlham Əliyevi təbrik edənlər sırasında Sloveniya Respublikasının Prezidenti Danilo Türk də var.

"Xahiş edirəm, şəxsən öz adımdan və Sloveniya xalqı adından Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərimi qəbul edəsiniz. Ölkənizə tərəqqi və rifah arzu edirəm.

Fürsətdən istifadə edərək, Sloveniya ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını vurğulamaq istərdim. Sizin Sloveniyaya keçənilki səfəriniz ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə daha da genişlənməsinə təkan vermişdir. Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm", - Danilo Türk bildirib.

"Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını Monqolustan xalqı adından və şəxsən öz adımdan milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Tam əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da Monqolustan və Azərbaycan xalqlarının rifahı naminə genişlənəcək və inkişaf edəcəkdir. Zati-aliləri, cənab Prezident, Sizə möhkəm cansağlığı və işinizdə uğurlar, dost Azərbaycan xalqına tərəqqi arzulayıram", - Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj təbrikində qeyd edib.

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan: "Sizi, hökumətinizi və Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə təbrik edirəm. Ölkələrimiz arasındakı dostluq əlaqələrini yüksək qiymətləndirir və gələcəkdə bu əlaqələrin daha da möhkəmlənməsini arzulayıram".

Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç də Prezident İlham Əliyevi təbrik edib.

"Azərbaycanın milli bayramı - 28 May - Respublika günü münasibətilə səmimi təbriklərimi Sizə çatdırıram. Monteneqro ilə Azərbaycan arasındakı əlaqələr həmişə səmimi dostluğa əsaslanmışdır. Keçən il Azərbaycana etdiyim rəsmi səfər bunu açıq göstərdi. Dost ölkələrimiz arasında əməkdaşlığı genişləndirmək naminə göstərdiyimiz qarşılıqlı səylərin nəticələri məmnunluq doğurur. Bir sıra sazişlər imzalanıb və təsdiq olunub. Monteneqro və Azərbaycan xalqları arasında inkişaf etdirməyə çalışdığımız qarşılıqlı əlaqələri daha da gücləndirmək üçün möhkəm hüquqi baza yaradılmışdır.

Bununla yanaşı, deməliyəm ki, Adriatik dənizi sahilində yerləşən, regionda bir əsrdən artıq təcrübəsi olan əlverişli Bar limanına Azərbaycan şirkətlərinin göstərdiyi maraq ölkələrimiz arasında əməkdaşlığı genişləndirmək üçün daha bir imkandır. Monteneqro xalqına Azərbaycanın yardımı üzrə sosial layihənin elan edilməsi vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilmişdir. Onlar öz dərin təşəkkürünü Azərbaycan xalqına və şəxsən Sizə ən müxtəlif yollarla ifadə etmişlər. İnanıram ki, bu, ölkələrimiz və xalqlarımız arasındakı dostluğa mühüm töhfə verəcəkdir.

Hörmətli Prezident! Əməkdaşlığımızı çoxşaxəli etmək və ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün xüsusən Sizin göstərdiyiniz səyləri xüsusi qeyd etmək istəyirəm. Bu məsələlərə yüksək həssaslıqla yanaşdığınıza görə Sizə ürəkdən minnətdaram. Gələcək əməkdaşlığımıza dair planların eyni dərəcədə uğurlu olacağına dərindən inanıram. Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm. Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm", - təbrikdə deyilir.

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş xalqınıza isə daimi çiçəklənmə və rifah arzu edirəm", - Misir Ərəb Respublikası Silahlı Qüvvələri Ali Şurasının Sədri Feldmarşal Məhəmməd Hüseyn Tantavi təbrikində qeyd edib.

"Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alilərinizə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Fürsətdən istifadə edərək, Zati-alilərinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı tərəqqi və çiçəklənmə diləyirəm", - Bəhreynin Kralı Şeyx Həməd bin İsa Al Xəlifənin təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti