...

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin görüşü Trabzonda keçiriləcək

Siyasət Materials 5 İyun 2012 13:50 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin görüşü iyunun 8-də Trabzonda keçiriləcək.
Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin görüşü Trabzonda keçiriləcək

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin görüşü iyunun 8-də Trabzonda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Timeturk" qəzeti yazır.

Görüşdə ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və regional problemlər müzakirə olunacaq.

Eyni zamanda, Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Qriqol Vaşadzenin ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

İyunun 9-da Qars şəhərində kənd təsərrüfatı, tikinti, turizm, toxuculuq sənayesi, daşınmaz əmlak, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı ilə üçtərəfli biznes forumu baş tutacaq.

Bununla yanaşı, üç ölkənin müvafiq strukturları arasında görüş, habelə iş adamları arasında ikitərəfli görüşlər təşkil ediləcək.

Əvvəlki üçtərəfli biznes forumu bu il fevralın 16-da Tbilisidə keçirilib, növbəti forum isə Bakıda təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti