...

Azərbaycan QDİƏT XİN Şurasının 26-cı görüşündə təmsil olunacaq

Siyasət Materials 8 İyun 2012 15:51 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iyunun 11-də Serbiyanın paytaxtı Belqrad şəhərinə səfər edəcək.
Azərbaycan QDİƏT XİN Şurasının 26-cı görüşündə təmsil olunacaq

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iyunun 11-də Serbiyanın paytaxtı Belqrad şəhərinə səfər edəcək.

XİN-in mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Məmməd-Quliyevin səfərində məqsəd Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak etməkdir.

Görüşdə QDİƏT-in Daimi Beynəlxalq Katibliyində vakant vəzifələrə (baş katib, baş katibin müavini və icraçı menecerlər) yeni təyinatlarla bağlı keçiriləcək seçkilərin nəticələri, təşkilatın üzv dövlətləri arasında əməkdaşlığın və Nazirlər Şurasının qətnamə, qərar və tövsiyələrinin yerinə yetirilməsinin hazırkı vəziyyəti, QDİƏT-Avropa İttifaqı əməkdaşlığı və təşkilatın fəaliyyəti ilə bağlı gündəlikdə olan digər mühüm məsələlərin müzakirə edilməsi planlaşdırılır.

Tədbirin sonunda Nazirlər Şurasının görüşünün hesabatının qəbul edilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti