...

Azərbaycan və İraq arasında ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib

Siyasət Materials 14 İyun 2012 15:26 (UTC +04:00)
Azərbaycanın İraqdakı səfirliyindən Trend-ə verilən məlumata görə, iyunun 10-dan 13-dək davam edən səfər çərçivəsində Araslının İraqın yüksək vəzifəli rəsmiləri ilə görüşləri baş tutub.
Azərbaycan və İraq arasında ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı İraqa səfər edib.

Azərbaycanın İraqdakı səfirliyindən Trend-ə verilən məlumata görə, iyunun 10-dan 13-dək davam edən səfər çərçivəsində Araslının İraqın yüksəkvəzifəli rəsmiləri ilə görüşləri baş tutub.

İraqın Baş naziri Nuri Malikinin siyasi məsələlər üzrə müşaviri Corc Bakos ilə keçirilmiş görüşdə müxtəlif sahələrdə, xüsusilə də siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi perspektivləri və tərəflərin konkret təklifləri barədə fikir mübadiləsi aparılıb, həmçinin ölkənin daxili-siyasi vəziyyəti və regionda cərəyan edən hadisələr müzakirə edilib.

Xarici işlər nazirinin müavini Labid Məcid Abbavi ilə söhbət zamanı 2012-ci il ərzində Azərbaycan-İraq hökumətlərarası birgə komissiyasının ilk iclasının Bakıda keçirilməsi imkanları, iki ölkə arasında qarşılıqlı yüksək səviyyəli görüşlərin təşkili, ikitərəfli əməkdaşlıq imkanları, İraqda Azərbaycan səfirliyinin açılması və ölkənin bərpası barədə fikir mübadiləsi aparılıb.

Baş tutmuş görüşlər zamanı İraq tərəfinə ölkəmizin tarixini, mədəniyyətini və iqtisadiyyatını əks etdirən məlumat topluları təqdim edilib.

Qeyd edək ki, Araslı eyni zamanda İraqda da akkreditə olunub.

Xəbər lenti

Xəbər lenti