...

Ərdoğan: Terrorçularla danışıqlar aparılmayacaq

Siyasət Materials 20 İyun 2012 12:42 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hökumətin PKK terror təşkilatı ilə heç vaxt danışıqlar aparmadığını və bunda sonra da aparmayacağının bildirib.
Ərdoğan: Terrorçularla danışıqlar aparılmayacaq

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hökumətin PKK terror təşkilatı ilə heç vaxt danışıqlar aparmadığını və bunda sonra da aparmayacağının bildirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Time Türk" portalı xəbər verib.

"Terror təşkilatı ilə heç vaxt danışıqlar aparılmayacaq və terrorçular silahlı mübarizəyə son qoymalıdırlar", - Ərdoğan deyib.

Qeyd edək ki, dünən Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahlıları Türkiyənin bir sıra əyalətlərində türk hərbçilərə qarşı üç dəfə hücum təşkil ediblər. Baş verən atışma nəticəsində 8 hərbçi şəhid olub, daha 15 hərbçi isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti