...

Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gəlib (FOTO)

Siyasət Materials 26 İyun 2012 00:28 (UTC +04:00)
İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi sammitində iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşmüşdür.
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gəlib (FOTO)

Azərbaycan, Bakı, 26 iyun /Trend/

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi sammitində iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşmüşdür.

Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.

Həmin gün Prezident İlham Əliyev İstanbula gəlib.

Dövlət bayraqları ilə bəzədilmiş Atatürk Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Xəbər lenti

Xəbər lenti