...

Argentinanın məşhur portalı Azərbaycanın iqtisadi uğurlarından yazıb

Siyasət Materials 2 İyul 2012 10:59 (UTC +04:00)
Argentinanın məşhur "La Politica Online" analitik-informasiya portalında Azərbaycanın iqtisadi nailiyyətləri haqqında məqalə dərc olunub.
Argentinanın məşhur portalı Azərbaycanın iqtisadi uğurlarından yazıb

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.Mehdiyev/

Argentinanın məşhur "La Politica Online" analitik-informasiya portalında Azərbaycanın iqtisadi nailiyyətləri haqqında məqalə dərc olunub.

Trend-in məlumatına görə, ölkəmizin son illərdəki iqtisadi inkişafını nümunəvi təcrübə kimi təqdim edən bu məqalədə Azərbaycanın timsalında iqtisadi artımı dondurmadan inflyasiyaya qarşı mübarizə aparmağın mümkünlüyü bildirilir.

Bu xüsusda, Azərbaycanın orta hesabla iqtisadi artımının son 10 il ərzində 11 faiz və son 3 il ərzində dünya maliyyə böhranı şəraitində isə 8 faiz təşkil etdiyi, Dünya Bankının məlumatlarına əsəsən, 1994-cü ildə 1385 faiz olan inflyasiya həddinin 2008-ci ildə 27 faizə endiyi və 2012-ci ildə isə bu göstəricinin 1,8 faizdən yüksək olmayacağı vurğulanır.

Qeyd olunur ki, bütün bunlar göstərir ki, Çinə məxsus templərlə inkişaf edən bu ölkədə inflyasiya həddi 2 faizdən azdır.

Bu inkişaf prosesində 900 min yeni iş yerinin açıldığı, birbaşa xarici sərmayələrin orta illik artımının 5,2 faiz təşkil etdiyi, müsbət xarici ticarət və fiskal saldosunun olduğu, ölkənin ümumi vəsait fondunun 60 faizinə barəbər olan 29 milyard ABŞ dolları həcmində maliyyə resurslarının olduğu, 2010-cu ildə xarici ticarət dövriyyəsinin 34 faiz, bank aktivlərinin isə 25 faiz artıdığı vurğulanır.

Məqalədə bildirilir ki, bütün bunlar Ermənistanın hərbi təcavüzünün olduğu bir vaxtda baş verib.

Azərbaycanın bazar iqtisadiyyatına keçməsinə baxmayaraq, dövlət neft şirkətinin qorunması və son müddətdə ölkədə nəhəng qaz yataqlarının aşkar edildiyi yazılan bu məqalədə, habelə vurğulanır ki, sərmayələrlə yanaşı Azərbaycan böyük gəlirlər də əldə edir və bununla da aqrar sektora subsidiya və kreditlər ayırılır.

Xəbər lenti

Xəbər lenti