...

TÜRKPA üzvü olan dövlətlərin ATƏT PA-dakı daimi nümayəndə heyətləri müzakirələr aparacaqlar

Siyasət Materials 2 İyul 2012 13:32 (UTC +04:00)
Monakoda iyul ayının ilk ongünlüyündə TÜRKPA üzvü olan dövlətlərin ATƏT PA-dakı daimi nümayəndə heyətlərinin 2-ci görüşü keçiriləcək.
TÜRKPA üzvü olan dövlətlərin ATƏT PA-dakı daimi nümayəndə heyətləri müzakirələr aparacaqlar

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir M.Əliyev/

Monakoda iyul ayının ilk ongünlüyündə TÜRKPA üzvü olan dövlətlərin ATƏT PA-dakı daimi nümayəndə heyətlərinin 2-ci görüşü keçiriləcək. Bu barədə bazar ertəsi Trend-ə TÜRKPA katibliyindən bildirilib.

Görüşdə qarşılıqlı münasibətlər müzakirə ediləcək.

TÜRKPA nümayəndə heyəti 4-10 iyul 2012-ci il tarixlərində ATƏT PA-nın Monakoda keçiriləcək 21-ci İllik Sessiyasında iştirak edəcək.

Səfərdə TÜRKPA nümayəndə heyətinə Qazaxıstan Respublikası Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin üzvü Kuanış Sultanov rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə TÜRKPA-nın baş katibi Ramil Həsənov da daxildir.

Sessiya çərçivəsində, həmçinin bir çox ölkələrin nümayəndə heyətləri və beynəlxalq təşkilatların nümayəndələrinin ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti