Azərbaycan, Bakı, 5 iyul /Trend/
Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Trend-in məlumatına görə, Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa İttifaqı Şurasının prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyu hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.