Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir K.Zərbalıyeva/
İyulun 7-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağı Bəhramini qəbul edib.
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, diplomatik fəaliyyətini başa vuran səfirə öz təşəkkürünü bildirən müdafiə naziri ona gələcək işlərində uğurlar arzulayıb.