Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir M.Əliyev/
Meksika Senatının sədr müavini, senator Fransisko Arroyo Vieyranın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlir.
Milli Məclisin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, səfər çərçivəsində senator Fransisko Arroyo Vieyra Azərbaycan Parlamentində görüşlər keçirəcək, iki ölkənin parlamentlərarası əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunacaq.
Meksika nümayəndə heyətinin səfəri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarətlə başlayacaq.