...

Elmar Məmmədyarov Bosniya və Herseqovinanın səfiri ilə görüşüb

Siyasət Materials 11 İyul 2012 18:46 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinanın iqamətgahı Ankarada olmaqla Azərbaycanda akkreditə olunmuş səfiri Draqoljub Lqepoqanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Elmar Məmmədyarov Bosniya və Herseqovinanın səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinanın iqamətgahı Ankarada olmaqla Azərbaycanda akkreditə olunmuş səfiri Draqoljub Lqepoqanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Məmmədyarov Azərbaycanla Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib və Lqepoqaya gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Öz növbəsində, səfir fəaliyyəti dövründə Bosniya və Herseqovina ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti