...

Azərbaycan Prezidenti İtaliya Silahlı Qüvvələri Baş Qərargah rəisinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Siyasət Materials 18 İyul 2012 18:09 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də İtaliya Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Biacio Abrateninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Prezidenti İtaliya Silahlı Qüvvələri Baş Qərargah rəisinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də İtaliya Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Biacio Abrateninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. İkitərəfli münasibətlərimizin genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana ilk səfərinin bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmli olacağına ümidvar olduğunu bildirdi.

İtaliya Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Biacio Abrateni Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. O, Əfqanıstandakı Beynəlxalq Sülhməramlı missiyanın tərkibində İtaliya hərbçilərinin Azərbaycanın sülhməramlıları ilə birlikdə uğurlu əməkdaşlığının əhəmiyyətini qeyd etdi.

Görüşdə ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti