...

Diasporla İş üzrə Dövlət Komitəsində Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Siyasət Materials 18 İyul 2012 18:11 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub.
Diasporla İş üzrə Dövlət Komitəsində Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Azərbaycanda səfərdə olan Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komitə sədri Nazim İbrahimov qonaqları salamladıqdan sonra Azərbaycan və yəhudi diasporları arasında əməkdaşlığa toxunaraq bunun iki xalq arasında olan sıx dostluq əlaqələrindən qaynaqlandığını bildirib.

O, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının yəhudi icmaları ilə sıx əməkdaşlıq etdiyini qeyd edib. Nazim İbrahimov dünyanın müxtəlif ölkələrindəki Azərbaycan diasporunun fəalları arasında vaxtilə Azərbaycan vətəndaşı olmuş yəhudilərin də olduğunu nəzərə çatdırıb.

Dövlət Komitəsinin sədri diaspor və lobbi quruculuğu sahəsində zəngin təcrübəyə malik yəhudi diasporu ilə əməkdaşlığın Azərbaycan diasporunun mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris ABŞ-da Azərbaycanla münasibətlərə mühüm önəm verildiyini qeyd edib. O, Amerikadakı yəhudi diasporunun Azərbaycan xalqının dostu olduğunu qeyd edərək ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmalarına bundan sonra da dəstək verəcəklərini bildirib.

Xəbər lenti

Xəbər lenti