...

Azərbaycan Prezidenti misirli həmkarını təbrik edib

Siyasət Materials 21 İyul 2012 17:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Məhəmməd Mursiyə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti misirli həmkarını təbrik edib

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Məhəmməd Mursiyə təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi və inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və tərəqqi arzulayıram", - Trend-in məlumatına görə, məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti