Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/
Türkiyədə İran və "altılıq" ölkələri arasında nüvə problemi üzrə danışıqlar başlayıb. Bu barədə Trend çərşənbə axşamı İran mətbuatına istinadən məlumat verir.
Müzakirələr İranın nüvə proqramı üzrə danışıqların rəhbərləri Səid Cəlili və Aİ-nin xarici siyasət üzrə komissarı Ketrin Eştonun müavinləri Əli Baqeri və Helq Şmidt arasında keçirlir.
Danışıqların keçirilmə yeri haqqında məlumat verilmir.