...

Azərbaycan Tanzaniyaya etirazını bildirib

Siyasət Materials 27 İyul 2012 12:03 (UTC +04:00)
Azərbaycan Tanzaniyaya etirazını bildirib. Trend-in məlumatına görə, bunu Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev deyib.
Azərbaycan Tanzaniyaya etirazını bildirib

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Tanzaniyaya etirazını bildirib. Trend-in məlumatına görə, bunu Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev deyib.

"Azərbaycanın Misirdəki, eləcə də Tanzaniyada akkreditə olunmuş səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota təqdim edib", - Abdullayev bildirib.

Onun sözlərinə görə, notada Tanzaniya XİN-in saytında Dağlıq Qarabağın ayrıca bir ölkə kimi göstərilməsi ilə bağlı etiraz öz əksini tapıb.

"Azərbaycan Tanzaniyadan bu məlumatın XİN-in saytından ən tez bir zamanda çıxarılmasını tələb edib", - Abdullayev deyib.

Xəbər lenti

Xəbər lenti