...

İlham Əliyev Qana Prezidentinə başsağlığı verib

Siyasət Materials 27 İyul 2012 16:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qana Respublikasının Prezidenti Con Dramani Mahamaya başsağlığı verib.
İlham Əliyev Qana Prezidentinə başsağlığı verib

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Qana Respublikasının Prezidenti Con Dramani Mahamaya başsağlığı verib.

"Görkəmli dövlət xadimi, Prezident Con Evans Atta Millsin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Qana xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", - başsağlığında deyilir.

Xəbər lenti

Xəbər lenti