Cəlilabad Olimpiya İdman Kompleksi istifadəyə verilib (FOTO)

Cəlilabad Olimpiya İdman Kompleksi istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı Cəlilabad Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılmış şəraitlə tanış oldu.

Binanın foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr nümayiş olunur.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev komplekslə bağlı Azərbaycan Prezidentinə məlumat verdi.

Bildirildi ki, ən müasir standartlara cavab verən bu idman qurğusu Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilmişdir. İnşasına 2007-ci ildə başlanılan Cəlilabad Olimpiya İdman Kompleksinin ərazisi beş hektardır. Kompleksin qapalı idman salonunun sahəsi 1168 kvadratmetrdir. Burada 712 nəfər mini-futbol, basketbol, voleybol, güləş, cüdo, taekvondo və idmanın digər növləri üzrə yarışlara baxa biləcəkdir. Qapalı idman salonunda müxtəlif yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Salonun döşəməsi xüsusi texnologiya əsasında quraşdırılmışdır ki, bu da yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradır. İkinci mərtəbə də genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Burada müxtəlif iş otaqları və idman salonları yerləşir.

Diqqətə çatdırıldı ki, Azərbaycan Atıcılıq Federasiyasının quraşdırdığı pnevmatik tirdə Almaniya istehsalı olan avadanlıqdan istifadə olunmuşdur. Burada "Hörinq" şirkətinin texnologiyası əsasında atıcılıq növü üzrə idmançıların hazırlığı aparılır. İdman qurğusunda geniş trenajor salonu fəaliyyət göstərir. İdmanın on yeddi növü üzrə müxtəlif avadanlığın quraşdırıldığı kompleksdə arzu edənlər bilyard və stolüstü tennislə də məşğul ola bilərlər. Şahmat otağında eyni vaxtda 10 nəfərə bu qədim oyunun sirləri öyrədiləcəkdir. Divarda quraşdırılan lövhə vasitəsilə gənclərə şahmatın incəlikləri tədris olunacaqdır.

Bildirildi ki, beşzolaqlı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni 12,5 metrdir. Burada ən müasir nəmalma, havalandırma və istilik sistemi quraşdırılmışdır. Beş yüz kubmetrlik su tutumu olan hovuzun dərinliyi 1,2 metrdən 1,8 metrə qədərdir. İstər üzgüçülər, istərsə də idmanın digər növləri ilə məşğul olanlar üçün ən müasir standartlara cavab verən soyunub-geyinmə otaqları, duş və sauna yaradılmışdır. Kompleksdə cüdoçular üçün xüsusi salon fəaliyyət göstərəcəkdir. Taekvondoçuların məşqləri üçün də hərtərəfli şərait vardır. Dövlətimizin başçısına bildirildi ki, bu Olimpiya İdman Kompleksində də mükəmməl infrastruktur yaradılmışdır.

Azərbaycan Prezidenti kompleksin ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxana ilə də tanış oldu. Birinci mərtəbədə konfrans zalı fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait mövcuddur. Mühafizə otağı ən müasir avadanlıqla təchiz edilmişdir. Əlli nəfərlik yeməkxana da müasirliyi ilə seçilir. Mehmanxananın ikinci və üçüncü mərtəbələrində bir lüks və 11 yarımlüks otaq vardır. Mehmanxananın eyvanından ətrafın göz oxşayan mənzərəsini seyr etmək mümkündür.

Prezident İlham Əliyevə bildirildi ki, ərazidə süni örtüklü futbol meydançası yaradılmışdır. Futbol meydançasının tribunalarında 963 tamaşaçı yeri vardır. Meydançanın kənarında iki qaçış zolağı yaradılmışdır. Futbol meydançasından başqa, ərazidə tennis kortu, basketbol və voleybol meydançaları da vardır. Ərazidə 500 ağac və koldan ibarət yaşıllıq zolağı salınmışdır. Burada artezian quyusu qazılmış, su anbarları və qazanxana quraşdırılmışdır. Qrunt sularından mühafizə məqsədi ilə drenaj sistemi yaradılmışdır.
Dövlətimizin başçısı Cəlilabad Olimpiya İdman Kompleksi ilə yaxından tanış olduqdan sonra burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV deyib.

"Mən sizin hamınızı ürəkdən təbrik edirəm! Cəlilabad Olimpiya İdman Kompleksinin açılışı çox böyük hadisədir. Mən çox şadam ki, bu gün biz sizinlə bərabər bu gözəl kompleksin açılışında iştirak edirik.
Doğrudan da bu, Cəlilabad rayonu üçün, Azərbaycanın hərtərəfli inkişafı üçün, Azərbaycanda idmanın inkişafı üçün çox vacib olan məsələdir. Mən çox şadam ki, bu kompleks xarici görünüşü və daxili tərtibat baxımından bütün standartlara cavab verir. Həm gözəl üzgüçülük hovuzu, həm böyük idman zalı, trenajor zalı, açıq meydançalar, stadion, mehmanxana. Yəni, əslində bu, təkcə idman qurğusu deyildir. Bu, ümumiyyətlə rayonun inkişafı üçün və Cəlilabadda gedən sürətli inkişaf üçün çox vacib olan obyektdir.
İdman bizim cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmana böyük diqqət göstərilir. Bütün yerlərdə, bütün bölgələrdə olimpiya idman kompleksləri tikilir və hər yeni Olimpiya İdman Kompleksi əvvəlkindən fərqlənir, daha da gözəlliyi, daha böyük funksional cəhəti ilə" dövlət başçısı deyib.

Prezident bildirib ki, Cəlilabad Olimpiya İdman Kompleksi də əvvəlki illərdə tikilmiş komplekslərdən fərqlənir və əminəm ki, bu kompleks Cəlilabad idmançılarına və rayon sakinlərinə xidmət edəcəkdir.

"Burada, əlbəttə ki, idman bölmələri yaradılacaqdır. Eyni zamanda, rayon sakinləri də burada öz asudə vaxtlarını keçirə bilərlər. İdman, fiziki sağlamlıq bizim üçün çox vacibdir. İnsanların sağlamlığı, o cümlədən insanların idmana olan münasibətindən asılıdır.
Bizdə idman siyasəti yüksək səviyyədə aparılır. İdmançılarımız hazırda Londonda Olimpiya Oyunlarında yarışırlar. Biz onları oraya böyük ümidlərlə göndərmişik və əminəm ki, yaxşı nəticələr olacaqdır. Artıq birinci medal qazanılıbdır. Əminəm ki, medalların sayı daha da çox olacaqdır. Gələcəkdə Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlamaq üçün idmanın kütləviliyi daha da geniş şəkildə təmin edilməlidir. Bütün bölgələrdə yaradılan olimpiya idman kompleksləri məhz bu məqsədi güdür. Uşaqlar, yeniyetmələr uşaqlıq yaşlarından idmana cəlb olunsunlar, idman ilə məşğul olsunlar, fiziki cəhətdən sağlam olsunlar və peşəkar idmançı olsunlar.
Mən şadam ki, Cəlilabadda da artıq Olimpiya İdman Kompleksi vardır. Cəlilabadda idman ənənələri həmişə olmuşdur. İdman ilə məşğul olmaq üçün şərait o qədər də yaxşı olmamışdır. Ancaq indi biz bu boşluğu da artıq aradan götürürük. Bu kompleks ilə yanaşı, mən bu gün Cəlilabadda bir sıra digər obyektlərin açılışında iştirak etmişəm. Çox şadam ki, rayon sürətlə və hərtərəfli şəkildə inkişaf edir.
Əvvəlki səfərlərimdə Diaqnostika Mərkəzinin, digər obyektlərin açılışında iştirak etmişəm. Heydər Əliyev Seyrəngahı möhtəşəm bir mərkəzə çevrilibdir. Bu gün isə yeni parkların açılışında iştirak etmişəm. Gənclər Parkı, sonra şəhərin içərisindəki köhnə park tamamilə yenidən qurulmuşdur. Gənclik Evi tikilmişdir. Quşçuluq fabriki, sonra taxıl anbarı, məktəblər tikilib, binalar bərpa olunub. Mən çox şadam ki, inkişaf çox sürətlə gedir.
Eyni zamanda, bu gün kənd yolunun açılışında iştirak etmişəm. Bu da çox vacibdir. Hazırda Azərbaycanda kənd yollarının tikintisi prosesi geniş vüsət almışdır. O cümlədən Cəlilabad rayonunda 17 kilometr uzunluğunda kənd yolunun tikintisi başlamışdır. Onun əhatə etdiyi kəndlərdə 20 mindən artıq əhali yaşayır. Cəlilabadda kəndlərin sayı çoxdur, təqribən 200-yə yaxındır. Biz tədricən bütün kənd yollarını yaxşı vəziyyətə salmalıyıq" İlham Əliyev çışıxında söyləyib.

Dövlət başçısı bildirib ki, bir rayonda görülən işlər, bir gün ərzində iştirak etdiyim açılışlar ölkəmizin dinamik inkişafını təsdiqləyir. Həm iqtisadi sahədəki işlər, regionların inkişafı, iş yerlərinin açılması, abadlıq-quruculuq tədbirləri, həm də idman obyektlərinin, kənd yollarının açılışı, tikintisi ölkəmizin dinamik inkişafını göstərir.

"Gələcək illərdə bu inkişaf daha da sürətli olmalıdır. Əvvəlki illərdə görülən işlər deməyə əsas verir ki, artıq biz böyük uğurlara nail ola bilmişik. İndi infrastruktur layihələri icra edilir. Mən maraqlandım, icra başçısı məlumat verir ki, Cəlilabadda qazlaşdırma prosesi bir az ləng gedir. Mən Bakıya qayıdandan sonra əlavə göstərişlər verəcəyəm ki, qazlaşdırma daha da sürətli getsin. Rayon mərkəzi tamamilə qazlaşdırılmalıdır və bu, belə də olacaqdır. Çalışmalıyıq ki, kəndlərin də mütləq əksəriyyəti qazlaşdırılsın. Buna imkan vardır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında bu məsələlər öz həllini tapmalıdır. Çalışmalıyıq ki, gələn ilin sonuna qədər qazlaşdırma məsələlərini tamamilə yekunlaşdıraq.
Hazırda vacib infrastruktur layihələrinin arasında su və kanalizasiya layihələridir. Bu məsələlər də gələn ilin sonuna qədər yekunlaşmalıdır. Artıq bu işlər başlamışdır. Dövlət büdcəsində vəsait vardır. Cəlilabad şəhəri və ətraf kəndlər ilk növbədə su və kanalizasiya sistemi ilə təmin edilməlidir. Bu, çox böyük layihədir. Çünki bu layihə hər bir rayonda icra edilir, böyük vəsait və böyük zəhmət tələb edir. Keçmişdə ümumiyyətlə bölgələrdə kanalizasiya sistemi olmamışdır. Heç Bakının da kanalizasiya sistemi lazımi səviyyədə olmamışdır. İçməli su daim problem olmuşdur. Biz bu məsələni birdəfəlik həll edəcəyik. Beləliklə, biz insanları ən çox narahat edən problemləri tədricən aradan qaldırırıq.
Sahibkarlıq üçün yeni şərait, gözəl imkanlar yaradılır, kreditlər verilir. Kənd təsərrüfatı inkişaf edir. Cəlilabadda kənd təsərrüfatının inkişafına xüsusilə böyük diqqət verilməlidir. Çünki bildiyiniz kimi, vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Cəlilabadda böyük üzüm bağları salınmışdı. Əfsuslar olsun ki, 1980-ci illərin sonlarında sovet rəhbərliyi tərəfindən çox yanlış siyasət aparılmışdır. Bütün üzüm bağları məhv edilmişdir. Onların bərpası indi çox çətin məsələdir. Ancaq buna baxmayaraq bu məsələ də tədricən öz həllini tapmaqdadır. Yəni, burada üzümçülüyün böyük ənənələri olmuşdur. Üzümçülüyün fermerlərə, kəndlilərə nə qədər xeyirli olduğunu biz hamımız yaxşı bilirik. Təsadüfi deyildir ki, keçən ilin sonunda Azərbaycanda üzümçülüyün inkişafına dair mənim tərəfimdən Sərəncam imzalanmışdır, Dövlət Proqramı qəbul edilmişdir. Biz çalışacağıq ki, üzümçülüyü sürətlə inkişaf etdirək. Bu istiqamətdə Cəlilabadın üzərinə ən böyük məsuliyyət düşür. Çünki biz vaxtilə salınmış bağları bərpa etməliyik, yenidən salmalıyıq və üzümçülüyün inkişafına nail olmalıyıq" dövlət başçısı bildirib.

İlham Əliyevin sözlərinə görə, kənd təsərrüfatının digər istiqamətləri üzrə də Cəlilabadda böyük imkanlar, böyük potensial vardır.

"İndi biz fermerləri texnika ilə də təmin edirik. Sumqayıtda gübrə zavodu tikilir. İndi biz özümüzü gübrələrlə təmin edəcəyik.
Rayonun turizm potensialı vardır. Ancaq bu vaxta qədər həmin potensialdan istifadə olunmayıb. Çünki yenə də infrastruktur olmadıqda bunu etmək mümkün deyildir. İndi yeni kənd yollarının tikintisi nəticəsində Cəlilabadın dağlıq əraziləri də artıq rayon mərkəzi ilə birləşəcək və o ərazilərdə, gözəl yerlərdə turizm obyektləri, otellər tikilməlidir və tikiləcəkdir.
Mən bir daha demək istəyirəm və çox şadam ki, Cəlilabadın inkişafı çox sürətlidir. Şəhər simasını dəyişir, müasirləşir, abadlaşır, gözəl binalar tikilir. Köhnə binalar bərpa edilir. Bir sözlə, inkişaf, dinamika var və bu dinamika gələcək illərdə də saxlanılmalıdır. Cəlilabad daha da sürətlə inkişaf etməlidir və edəcəkdir.
Bir daha sizi bu gözəl binanın - Olimpiya İdman Kompleksinin açılışı münasibətilə təbrik edirəm, sizə cansağlığı arzulayıram".

Zəfər xronikası 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
Zəfər xronikası 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
Prezident İlham Əliyev: 20 oktyabr həm zəngilanlılar, həm də bütün xalqımız üçün əbədi Zəfər günü kimi qalacaq
Prezident İlham Əliyev: 20 oktyabr həm zəngilanlılar, həm də bütün xalqımız üçün əbədi Zəfər günü kimi qalacaq
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib
Loading Bars
Xəbər lenti
Mingəçevir Dövlət Universitetində Energetiklər Günü qeyd olunub (FOTO)
Hindistan İran, Pakistan və Əfqanıstandan gələn yüklərdən imtina edib
Çempionlar Liqası: "Mançester Yunayted" "Atalanta"nı məğlub edib
ÜST təcili istifadə üçün "Sputnik V" peyvəndinin təsdiq prosedurunu bərpa edib
Zəfər xronikası 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 21 oktyabr
Prezident İlham Əliyev: 20 oktyabr həm zəngilanlılar, həm də bütün xalqımız üçün əbədi Zəfər günü kimi qalacaq
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb (VİDEO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
Mixeil Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub
Ermənilər Xankəndidə yaşamaqdan imtina edir? - AÇIQLAMA
Daha 52 imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb
Prezident İlham Əliyev: Vejnəli qızıl yatağının qanunsuz istismarında iştirak edən xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verilib
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Prezident İlham Əliyev: Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, bütün infrastruktur qurulacaq
Azərbaycan qida məhsullarının idxalını 15 faizdən çox azaldıb
Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr göstərir ki, istədiyimizə nail oluruq
Prezident İlham Əliyev: Biz ordumuzu, iqtisadiyyatımızı, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq
Azərbaycan əhalisi pullarını əsasən bu məhsullara xərcləyib
Prezident İlham Əliyev: Uzun fasilədən sonra - 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı
Prezident İlham Əliyev: Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir
Prezident İlham Əliyev: Çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq
ABB-də kiçik sahibkarlar üçün Payız kampaniyası başlandı!
David Babayanın Rusiyaya səfəri şəxsi xarakter daşıyır - Səfirlik
Naxçıvanda hərbi hissələr qışa tam hazırdır (FOTO/VİDEO)
Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti “Beynəlxalq Zəfər düşərgəsi”nin açılışı olub (FOTO)
4 nəfərin ölümünə səbəb olan şirkət rəhbəri ittihamları rədd etdi
Vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb edən "baş redaktor"un əməlləri ifşa olunub
Azərbaycan-Xorvatiya biznes forumu keçirilib (FOTO)
Ali Hərbi Məktəbdə baş leytenant Rəşad Rəhimovun xatirəsi anılıb (FOTO/VİDEO)
Bitkoinin qiyməti tarixi rekordu yenilədi
YAP-da gender bərabərliyi və qadın hüquqları ilə bağlı konfrans keçirilib (FOTO)
Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir - SƏRƏNCAM
Nərmin Quliyevanın ölümü ilə bağlı ifadələr məhkəmədə ziddiyyət yaratdı
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurası təsis olunub (FOTO)
ABŞ-da partlayış təhdidinə görə hərbi baza bağlanıb
Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM
Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin köməkçisi arasında telefon danışığı olub
Qaxda ev əşyaları ilə birgə yanıb
Oktyabrın 21-nə USD/AZN rəsmi məzənnəsi
Rusiyada pandemiya ilə əlaqədar noyabrın əvvəli qeyri-iş həftəsi elan edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DSX-nin Zəngilandakı hərbi hissəsində yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar (FOTO/VİDEO)
Abşeronda şəhid Rəşad Mehdiyevin xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub (FOTO)
"Rebuild Karabakh" sərgisi çərçivəsində KOBİA-nın stendində yerli və xarici iş adamlarının işgüzar görüşləri keçirilir (FOTO)
Bal yarmarkasına təqdim olunan 64 nümunə tələblərə cavab verməyib
Bakı-Sumqayıt istiqamətində qatarların sayı artırılır (FOTO)
Həbsdə olan jurnalistin cinayət işi məhkəməyə göndərildi
Bakıdakı bal yarmarkası noyabrın 7-dək davam edəcək (FOTO) (ƏLAVƏ OLUNUB)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
İran yerli şirkətlərinə Qarabağa qanunsuz yük daşımağı qadağan etdi
“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 303 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Diaspor gəncləri Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Binəqədidə mağazaları qarət edənlər kameraya düşdü - Anbaan görüntülər (FOTO/VİDEO)
Unibank biznes üçün onlayn məhsulları komissiyasız etdi
Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda birinci yeri tutub
Digər respirator xəstəliklər ötən illərlə müqayisədə azalıb - Təyyar Eyvazov
2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayır - Vüsal Qasımlı
Koronavirusa yoluxmaların artacağı gözlənilir - İnfeksionist
Yoluxmalara görə məktəblər bağlana bilərmi? - İnfeksionist açıqladı
Şirvan sakini "patı" ilə yaxalandı
Peyvəndin yan təsirləri nə dərəcədə təhlükəlidir? - AÇIQLAMA
Koronavirusun simptomları dəyişib - İnfeksionist
Metro qatarında nasazlıq yarandı, intervalda gecikmə oldu
Azərbaycanın elektrik enerjisi istehsalı və ixracı artıb - Nazir
44 günlük Vətən müharibəsində Füzuli əməliyyatının önəmi
“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir
İranda daha 162 nəfər koronavirusdan ölüb
Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi (FOTO)
Gedik Holdinq Azərbaycanda (FOTO)
3 kiloqrama yaxın "patı" ilə tutulan şəxsə hökm oxundu
Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir
Qarabağda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir - Pərviz Şahbazov
Zəngəzurun giriş qapısı Zəngilan (FOTO)
Daha bir universitetdə bir neçə qrup distant təhsilə keçib
Qusar xəstəxanasının direktoru rüşvət alarkən cinayət başında yaxalanıb
Gələn il “Böyükşor”da üzən günəş elektrik stansiyasının istismara verilməsi planlaşdırılır - Nazir
Bal yarmarkasında məhsulun qiyməti necə müəyyənləşdirilir?
Bakıda gəlnini qətlə yetirən qayınataya 18 il həbs cəzası verildi
Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib
Pandemiya arıçılara mənfi təsir edib - Nazirlik rəsmisi
Gürcüstan Azərbaycan vətəndaşları üçün ölkəyə daxil olma qaydalarını asanlaşdırıb
Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır
Rusiyada koronavirusdan ölüm hallarında yeni rekord qeydə alınıb
Riteylerə kömək: kassa sistemi vasitəsilə gəliri necə artırmaq və milyonlara qənaət etmək olar
Ermənistan kommunikasiyaların açılması üçün əməli addımlar atmalıdır - Ceyhun Bayramov
Azərbaycan Xorvatiyanın strateji tərəfdaşıdır - XİN rəhbəri
Cənubi Koreya sahillərində Çinə məxsus qayıq batıb
Yol polisi Bakıda səkiləri zəbt edən sürücülərə qarşı tədbirlərə başladı (FOTO/VİDEO)
Azərbaycan Xorvatiyadan minaların təmizlənməsi üçün avadanlıqlar alır - Ceyhun Bayramov
Türkmənistan türkdilli ölkələrin xəbərlərini yayımlayan Türk Dünyası (Turkic.World) layihəsinə qoşuldu (FOTO)
Azərbaycanla Xorvatiya arasında 7 sənədin razılaşdırılması üzərində iş aparılır
Bütün xəbərlər