...

MDB DİN Şurasının Bakıda keçiriləcək iclasının gündəliyi müəyyənləşdirilib

Siyasət Materials 3 Avqust 2012 18:35 (UTC +04:00)
Azərbaycan DİN-in mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, avqustun 2-dən 4-dək Bakıda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti müşavirəsinə hazırlıq məqsədilə iştirakçı ölkələrin DİN-lərinin ekspertlərinin iclası keçirilir.
MDB DİN Şurasının Bakıda keçiriləcək iclasının gündəliyi müəyyənləşdirilib

Azərbaycan, Bakı, 3 avqust /Trend/

MDB Daxili İşlər Nazirləri Şurasının gələn ay Bakıda keçiriləcək iclasının gündəliyi müəyyənləşdirilib.

Azərbaycan DİN-in mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, avqustun 2-dən 4-dək Bakıda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti müşavirəsinə hazırlıq məqsədilə iştirakçı ölkələrin DİN-lərinin ekspertlərinin iclası keçirilir.

Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Ukrayna və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin nümayəndə heyətləri, həmçinin MDB İcrayyə Komitəsinin və üzv dövlətlərin ərazisində mütəşəkkil və digər təhlükəli cinayətlərə qarşı mübarizənin koordinasiya Bürosunun təmsilçiləri iştirak ediblər.

İclasda cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığın daha da möhkəmləndirilməsi üzrə bir sıra prioritet məsələlər müzakirə olunub. Tədbir iştirakçıları MDB DİN Şurasının gələn ay Bakıda keçirilməsi nəzərdə tutulan iclasının gündəliyini də müəyyənləşdiriblər.

Görüş dostluq, qarşılıqlı anlaşma və etimad, konstruktiv əməkdaşlıq şəraitində keçib.

Xəbər lenti

Xəbər lenti