Azərbaycan, Bakı, 15 avqust /Trend/
Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam Zirvə Toplantısının IV Fövqəladə Sessiyasında iştirak etmək məqsədilə bu ölkənin Məkkə şəhərinə səfər edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın xarici işlər naziri Yerjan Kazikanov ilə görüşüb.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə edilib.
Məmmədyarov Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti, eləcə də ölkəmizin Qoşulmama Hərəkatı ilə əməkdaşlığı və fəaliyyəti barədə məlumat verib.
Yerjan Kazikanov Azərbaycanın BMT TŞ-də müvəffəqiyyətli fəaliyyəti ilə əlaqədar Elmar Məmmədyarovu təbrik edib.
Nazirlər görüşdə, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Məkkə Zirvə Görüşünün gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan və Qazaxıstan arasında siyasi əməkdaşlığın perspektivləri müzakirə olunub