...

Azərbaycan ilə Şimali Kipr arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 5 Sentyabr 2012 15:36 (UTC +04:00)
Trend Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən xəbər verir ki, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov çərşənbə günü Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçiliyinin yeni rəhbəri Sadəddin Topukçunu partiyanın mənzil qərargahında qəbul edib.
Azərbaycan ilə Şimali Kipr arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan ilə Şimali Kipr arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Trend Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən xəbər verir ki, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov çərşənbə günü Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçiliyinin yeni rəhbəri Sadəddin Topukçunu partiyanın mənzil qərargahında qəbul edib.

Görüşdə Şimali Kipr ilə Azərbaycan arasında mövcud olan əlaqələrin inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Təmsilçiliyin keçmiş rəhbəri Zəki Qazioğlu da görüşdə iştirak edib.

Xəbər lenti

Xəbər lenti