...

İran İpək Yolu ölkələri arasında vizasız rejimin tətbiq olunmasını təklif edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 Sentyabr 2012 11:57 (UTC +04:00)
İran İpək Yolu ölkələri arasında vizasız rejimin tətbiq olunmasını təklif edir.
İran İpək Yolu ölkələri arasında vizasız rejimin tətbiq olunmasını təklif edir (ƏLAVƏ OLUNUB)

Son iki abzas əlavə olunub (ilk xəbər saat 11:02-də yayılıb)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/

İran İpək Yolu ölkələri arasında vizasız rejimin tətbiq olunmasını təklif edir.

Trend-in məlumatına görə, İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi "İpək yolu tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, İpək Yolu ölkələri arasında viza rejiminin aradan qaldırılması bu ölkələrin turizim potensialının inkişafına təkan verəcək.

"Tarixi İpək Yolunun əhəmiyyəti çox mühümdür və İpək Yolunun təkmilləşdirilməsinə ehtiyac var", - Musəvi bildirib.

Onun sözlərinə görə, İpək Yolunun canlandırılması ilə həmin yolun üzərində yerləşən ölkələrin insanları arasında sıx əlaqələr qurulacaq.

"Biz - İpək Yolu ölkələri öz turizm potensialımızdan layiqincə istifadə etməliyik", - Musəvi deyib.

O, qeyd edib ki, İpək Yolu ölkələri arasında Şengen vizasının analoqu yaradılmalıdır.

Musəvi, həmçinin İpək Yolu ölkələrinin Baş Assamblyesanın yaradılması və onun ilk qurultayının gələn ilin sonunda İranda keçirilməsini təklif edib.

İranın vitse-prezidenti 2014-cü ilin "İpək Yolu ili" elan olunması, Ümumdünya Turizm Təşkilatının bir gününün İpək Yolu Günü kimi qeyd olunması və İpək Yolu atlasının yaradılması təklifi ilə də çıxış edib. Musəvi bildirib ki, İran bu atlasın yaradılmasını öz üzərinə götürməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti