...

Diplomatik akademiya və beynəlxalq münasibətlər institutlarının 40-cı Ümumdünya Forumu Bakıda keçiriləcək

Siyasət Materials 11 Sentyabr 2012 12:08 (UTC +04:00)
Diplomatik akademiya və beynəlxalq münasibətlər institutlarının 40-cı Ümumdünya Forumu sentyabrın 26-30-da Bakıda, Azərbaycan Diplomatik Akademiyasının (ADA) yeni kompleksində keçiriləcək.
Diplomatik akademiya və beynəlxalq münasibətlər institutlarının 40-cı Ümumdünya Forumu Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Diplomatik akademiya və beynəlxalq münasibətlər institutlarının 40-cı Ümumdünya Forumu sentyabrın 26-30-da Bakıda, Azərbaycan Diplomatik Akademiyasının (ADA) yeni kompleksində keçiriləcək.

ADA-dan Trend-ə verilən məlumata görə, 1972-ci ildə təsis olunmuş Foruma Vyana Diplomatik Akademiyasi (Avstriya) və Corctaun Universiteti (ABŞ) həmsədrlik edirlər. Ötən il bu tədbir ABŞ-ın Boston şəhərində keçirilib. Növbəti il isə, forumun Serbiyanın Belqrad şəhərində keçirilməsi gözlənilir. 2007-ci ildən ADA Forumun aktiv istirakçısıdır.

70 ölkənin 90-dan artıq rektor və dekanlarının Bakı toplantısında diplomatik təlim, qlobal siyasi məsələlər və onların müasir təhsilə təsiri müzakirə olunacaqdır. Mövzular arasında enerji diplomatiyası, kiçik ölkələrin diplomatiyası, qlobal siyasi dəyişikliklər, regional təşkilatların inkişafı və ekoloji məsələlər vardır.

Xarici qonaqları Azərbaycanın tarixi və ənənələri ilə tanış etmək məqsədilə Bakıda gəzinti turu, Şəki və Qəbələyə səfərlərin təşkili də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti