...

Baş nazir: Macarıstan bilirdi ki, Ramil Səfərovu Azərbaycana ekstradisiya etmək qərarı Ermənistanın mənfi reaksiyasına səbəb olacaq

Siyasət Materials 12 Sentyabr 2012 16:56 (UTC +04:00)
Macarıstan bilirdi ki, Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi barədə qərar Ermənistanın diplomatik dairələrinin mənfi reaksiyasına səbəb olacaq. Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
Baş nazir: Macarıstan bilirdi ki, Ramil Səfərovu Azərbaycana ekstradisiya etmək qərarı Ermənistanın mənfi reaksiyasına səbəb olacaq

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Macarıstan bilirdi ki, Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi barədə qərar Ermənistanın diplomatik dairələrinin mənfi reaksiyasına səbəb olacaq. Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Origo.hu" portalı məlumat verir ki, Baş nazir risk barədə məlumatlandırılmasına baxmayaraq, qərar qəbul edib.

"Məsələ hökumətdə razılaşdırılmışdı, - Orban qeyd edib. - Hər bir nazirlik məsələyə öz baxışını nəzərə çatdırdı. Ədliyyə Nazirliyi məsələnin hüquqi tərəfinə, Xarici İşlər Nazirliyi isə diplomatik nəticələrinə dair rəyini təqdim etdi".

Orbanın sözlərinə görə, o, ümumi prosedura uyğun olan qərarı elan edib.

"Xarici İşlər Nazirliyi bu və ya digər qərarın hansı nəticələr törədə biləcəyini proqnozlaşdırmışdı", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti