...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Həştərxan vilayətinin qubernatoru ilə görüşüb (FOTO)

Siyasət Materials 12 Sentyabr 2012 17:53 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çərşənbə günü Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşüb. Bu barədə Trend-in xüsusi müxbiri Həştərxandan məlumat verir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Həştərxan vilayətinin qubernatoru ilə görüşüb (FOTO)

Rusiya, Həştərxan, 12 sentyabr /Trend, xüsusi müxbir M.Əliyev/

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çərşənbə günü Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşüb. Bu barədə Trend-in xüsusi müxbiri Həştərxandan məlumat verir.

Görüşdə Jilkin qeyd edib ki, Azərbaycanla Həştərxan vilayəti arasında münasibətlər Azərbaycanla Rusiya arasında strateji və dostluq münasibətlərinin göstəricisidir.

"Həştərxanda azərbaycanlıların kifayət qədər böyük diasporu yaşayır, və bu diaspor vilayətdə ən fəallardan biridir. Qeyd etmək çox xoşdur ki, azərbaycanlılar bir çox sahələrdə, eləcə də rəhbər vəzifələrdə çalışırlar", - qubernator bildirib.

Jilkinin sözlərinə görə, bu dövr ərzində Heydər Əliyev Fondu çox işlər görüb.

"İki dövlətin başçıları arasında dostluq münasibətləri ilə şərtlənən əlaqələrimizin səviyyəsini göstərən bir çox layihələr həyata keçirilib", - Jilkin qeyd edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bildirib ki, bu il Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin beş yaşı tamam olur.

"Fondun ilk nümayəndəliklərindən biri məhz Rusiyada yaradılıb. Bu müddət ərzində Fond artıq çoxlu layihələr həyata keçirib. Biz Fondun Həştərxanda bir sıra layihələr həyata keçirməsindən şadıq. Azərbaycan və Rusiyanı uzun illərin dostluq və mehriban qonşuluq münasibətləri bağlayır. Məhz belə layihələr sayəsində dostluq əlaqələri daha da möhkəmlənəcək", - Leyla Əliyeva qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) ən fəal qruplarından biri məhz Həştərxanda yerləşir.

Leyla Əliyeva habelə bildirib ki, Heydər Əliyev Fondunun Rusiyada nümayəndəliyi IDEA adı altında ətraf mühitin mühafizəsi üzrə layihə həyata keçirir.

Fondun vitse-prezidenti məlumat verib ki, Həştərxan məktəbliləri arasında təbiətin mühafizəsi mövzusunda inşa müsabiqəsinin keçirilməsi də planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti