...

İran və Türkiyənin xarici işlər nazirləri ikitərəfli əlaqələri müzakirə ediblər

Siyasət Materials 12 Sentyabr 2012 17:30 (UTC +04:00)
İranın xarici işlər naziri Əli Əkbər Salehi bu gün Qazağıstanın Astana şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFETM) çərçivəsində Türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb.
İran və Türkiyənin xarici işlər nazirləri ikitərəfli əlaqələri müzakirə ediblər

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranın xarici işlər naziri Əli Əkbər Salehi bu gün Qazaxıstanın Astana şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFETM) çərçivəsində türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb. Bu barədə Trend çərşənbə günü IRNA agentliyinə istinadən məlumat verir.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, bir sıra regional və beynəlxalq məsələlər, xüsusilə Suriyadakı vəziyyət müzakirə olunub.

Salehi bu gün həmçinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşüb. Görüşdə iki ölkəni maraqlandıran bir sıra məsələlər üzrə müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti