...

Azərbaycanın millət vəkilləri Avronest PA-nın seminarında iştirak edəcəklər

Siyasət Materials 14 Sentyabr 2012 14:37 (UTC +04:00)
Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Avronest Parlament Assambleyasının təşkil etdiyi seminarda iştirak etmək üçün sentyabrın 17-də Belçikanın Brüssel şəhərinə yola düşəcək.
Azərbaycanın millət vəkilləri Avronest PA-nın seminarında iştirak edəcəklər

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Avronest Parlament Assambleyasının təşkil etdiyi seminarda iştirak etmək üçün sentyabrın 17-də Belçikanın Brüssel şəhərinə yola düşəcək.

MM-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Avropa İttifaqı-Şərqi Avropa tərəfdaşlarının enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı: nailiyyətlər, maneələr və perspektivlər" mövzusunda keçiriləcək seminarda iştirak edəcək nümayəndə heyətinə deputatlardan Rasim Musabəyov və Fuad Muradov daxildirlər.

Tədbirdə enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti, gələcək inkişaf üçün potensial imkanlar, birləşmiş və əlaqələndirilmiş enerji bazarı, enerji təminatı üçün infrastrukturun inkişafının dəstəklənməsi, enerji effektivliyinin artırılması və yeni enerji mənbələrinin inkişafı, Şərq Tərəfdaşlığı çərçivəsində enerji əməkdaşlığının gələcəyi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 20-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti