...

Bakının Nizami rayonundakı 70 nömrəli məktəb-lisey yüksək standartlar səviyyəsində yenidən qurulub (FOTO)

Siyasət Materials 14 Sentyabr 2012 20:36 (UTC +04:00)
Sentyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nizami rayonunda əsaslı surətdə yenidən qurulmuş 70 nömrəli məktəb-liseylə tanış olub.
Bakının Nizami rayonundakı 70 nömrəli məktəb-lisey yüksək standartlar səviyyəsində yenidən qurulub (FOTO)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Sentyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nizami rayonunda əsaslı surətdə yenidən qurulmuş 70 nömrəli məktəb-liseylə tanış olub.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib.

Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, 70 nömrəli məktəb-liseyin binası 1967-ci ildən fəaliyyət göstərir. O vaxtdan indiyədək bu təhsil ocağının binası təmir olunmayıb. Bu məktəb-liseydə də əsaslı təmir və yenidənqurma işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq həyata keçirilib.

Bildirildi ki, məktəb-liseyin bütün sinif otaqları və fənn kabinetləri ən yüksək standartlar səviyyəsində təmir olunub. Təhsil ocağı müasir avadanlıq və əyani dərs vəsaitləri ilə təchiz edilib. Hazırda 960 şagird yerlik məktəbdə 1802 şagird təhsil alır. Şagird sıxlığının və çoxnövbəli tədrisin aradan qaldırılması məqsədi ilə 42 sinif otağından ibarət 840 şagird yerlik əlavə korpus inşa edilib. Yeni tədris ilindən məktəb-liseydə dərslər bir növbədə keçiriləcək.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəb-liseydə yaradılan şəraitlə yaxından tanış oldular.

Diqqətə çatdırıldı ki, bu təhsil ocağında istilik və işıqlandırma sistemləri tamamilə yenidən qurulub. Məktəb-lisey daimi isti və soyuq su ilə təchiz edilib. Təhsil ocağının ərazisində abadlıq və quruculuq işləri həyata keçirilib, 1300 kvadratmetrlik sahəyə asfalt salınıb.

Əsaslı təmir və yenidənqurma işlərindən razılığını bildirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti