...

Azərbaycan və Ukrayna hüquq-müqavilə bazasını genişləndirir

Siyasət Materials 19 Sentyabr 2012 13:46 (UTC +04:00)
Azərbaycan və Ukrayna hüquq-müqavilə bazasını genişləndirir. Bu barədə razılıq Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşündə əldə edilib.
Azərbaycan və Ukrayna hüquq-müqavilə bazasını genişləndirir

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Azərbaycan və Ukrayna hüquq-müqavilə bazasını genişləndirir. Bu barədə razılıq Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşündə əldə edilib. Bu barədə Trend-ə səfirlikdən bildirilib.

Tərəflər Ukrayna-Azərbaycan əməkdaşlığının bir sıra məsələlərini və xüsusilə əməkdaşlığın siyasi, ticari-iqtisadi, nəqliyyat, enerji sahələrində gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Həmçinin yüksək səviyyədə Ukrayna-Azərbaycan tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmin tədbirlərin ilin sonunda keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti