...

Misirin "əl-Məsə" qəzetində Azərbaycan səfirinin müsahibəsi dərc edilib

Siyasət Materials 19 Sentyabr 2012 16:18 (UTC +04:00)
Misirin həftəlik "əl-Məsə" qəzetində "Misirlə əlaqələrimiz tarixidir. Mövcud maneələri qət etməliyik" başlığı ilə səfir Şahin Abdullayevin müsahibəsi dərc edilib.
Misirin "əl-Məsə" qəzetində Azərbaycan səfirinin müsahibəsi dərc edilib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Misirin həftəlik "əl-Məsə" qəzetində "Misirlə əlaqələrimiz tarixidir. Mövcud maneələri qət etməliyik" başlığı ilə səfir Şahin Abdullayevin müsahibəsi dərc edilib.

Azərbaycanın Misirdəki səfirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, müsahibənin giriş hissəsində jumalist Azərbaycanın qədim mədəniyyəti, tarixi və incəsənəti haqqında məlumatlar təqdim edərkən dünyanın ən qədim mağaralarından biri olan Azıx mağarasının Azərbaycanda yerləşdiyini, zərdüştlüyün ən qədim abidəsi olan "Avesta" kitabının hələ eramızdan əvvəl birinci minillikdə məhz Azərbaycanda yazıldığını oxucuların diqqətinə çatdıraraq, bunların hamısının da Azərbaycanın bəşər sivilizasiyasının əsas mərkəzlərinə mənsub olduğuna dəlalət etdiyini qabardıb.

Müsahibəsinin əvvəlində Abdullayev sosializm düşərgəsinin süqutundan sonra İslam dəyərlərini bərpa edən Azərbaycan xalqının 94 faizinin müsəlman olduğunu, yerdə qalan hissəsinin isə digər səmavi dinlərin nümayəndələrindən ibarət olduğunu və ümumiyyətlə, tolerantlığa və mötədilliyə üstünlük verən respublikamızda çoxsaylı milli azlığın dinc şəkildə yaşadığını nəzərə çatdırıb.

İqtisadi müstəviyə keçən Abdullayev ölkəmizin 1994-cü ildə beynəlxalq neft konsorsiumu ilə "Əsrin müqaviləsi"ni imzalamaqla Avropanın enerji təhlükəsizliyinin təminatı işində mühüm rol oynamağa başladığını önə çəkərək, karbohidrogen resurslarımızın 7 boru kəməri vasitəsilə dünya bazarlarına nəql edildiyi barədə məlumat verib.

Heydər Əliyevin başladığı və xalqın iradəsi ilə seçilmiş Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasi və iqtisadi islahatlar kursunun nəticəsində 7 il öncə yoxsulluq səviyyəsinin 49 faiz təşkil etdiyi halda, bu günlərdə həmin göstəricinin 7,3 faiz həddində olduğunu xüsusilə qeyd edən səfir, 20 il ərzində adambaşına düşən illik gəlirin 8 min ABŞ dollanna çatdığını qeyd edib, ölkənin bütün regionlarında aparılan yenidənqurma işlərindən danışıb.

Səfır neft-qaz sahəsi ilə yanaşı, kənd təsərrüfatı, turizm, İKT kimi sahələrin də dövlət tərəfındən inkişaf etdirildiyini bildirərək, həmin sektorların da xarici investisiyalar üçün cəlbedici olduğunu qeyd edib, xarici investisiyalar üçün dövlətimiz tərəfindən yaradılmış şərait və mühit barədə ətraflı məlumat verib.

Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən coğrafi məkanda yerləşdiyini xatırladan Abdullayev, ölkəmizin qədim İpək yolunun bərpasına öz töhfəsini verdiyini söyləyib, gələcəkdə Misirin də sözügedən marşrutdan iqtisadi və ticari məqsədlər üçün yararlana biləcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti