...

Çin Azərbaycanın ərazi bütövlyünü dəstəkləyir

Siyasət Materials 20 Sentyabr 2012 12:40 (UTC +04:00)
Bu gün tək Ermənistan işğalçı dövlət yox, hətta terrorizmi də dövlət səviyyəsində dəstəkləyən ölkədir. Trend-in məlumatına görə, bunu Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov cümə axşamı Azərbaycanda səfərdə olan Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Xarici işlər komitəsinin sədri Li Caosinin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşündə bildirib.
Çin Azərbaycanın ərazi bütövlyünü dəstəkləyir

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Əliyev/

Bu gün tək Ermənistan işğalçı dövlət yox, hətta terrorizmi də dövlət səviyyəsində dəstəkləyən ölkədir. Trend-in məlumatına görə, bunu Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov cümə axşamı Azərbaycanda səfərdə olan Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Xarici işlər komitəsinin sədri Li Caosinin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşündə bildirib.

Əsgərov qeyd edib ki, Azərbaycan bu gün Ermənistan tərəfindən dəstəklənən terrorizmdən əziyyət çəkir.

"Biz bilirik ki, Çin də separatizm və terrorizmdən əziyyət çəkir. Biz separatizm və terrorizmin bütün təzahürlərini pisləyirik və buna qarşı birlikdə mübarizə aparmalıyıq", - Əsgərov əlavə edib.

Li Caosi isə qarşlıqlı münasibətlərdən danışaraq bildirib ki, Çin Azərbaycanın ərazi bütövlyünü dəstəkləyir.

"Biz də bu problemdən əziyyət çəkmişik və indi də çəkirik. Amma biz 1997-ci ildə Honkonqun qaytarılmasına nail olduq və arzu edirəm ki, siz də öz ərazi bütövlüyünüzü bərpa edəsiniz. Amma bu gün bizə iqtisadi baxımdan da təcavüz edənlər çoxdur. Məsələn, iqtisadi münasibətlərdə bəzi Avropa ölkələri bizə qarşı ikili standartlar yürüdürlər. Biz Azərbaycanla hərtərəli inkişafda maraqlıyıq", - Li Caosi deyib.

Əsgərov isə, öz növbəsində, Azərbaycanın da bu məsələdə maraqlı olduğunu bildirib.

"Siz eyni situasiyanı yaşadığınızı və 1948-ci ildə itirdiyiniz Honkonqu 1997-ci ildə geri qaytardığınızı vurğuladınız. Buna görə biz sizi təbrik edirik, amma bizim bu qədər gözləməyə səbrimiz yoxdur və tezliklə Dağlıq Qarabağı qaytaracağıq", - Əsgərov əlavə edib.

Xəbər lenti

Xəbər lenti