...

Belarusun Azərbaycandakı səfirliyində yüksək seçici aktivliyi müşahidə olunub

Siyasət Materials 24 Sentyabr 2012 11:48 (UTC +04:00)
Dünən Belarusun Azərbaycandakı səfirliyindəyaradılan parlament seçkiləri üzrə seçki məntəsinə seçicilərin 84 faizi gəlib.
Belarusun Azərbaycandakı səfirliyində yüksək seçici aktivliyi müşahidə olunub

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Dünən Belarusun Azərbaycandakı səfirliyindəyaradılan parlament seçkiləri üzrə seçki məntəsinə seçicilərin 84 faizi gəlib. Bu barədə Trend-ə bazar ertəsi səfirlikdən məlumat verilib.

Seçicilərin rəsmi siyahısında 44 nəfərin adı olsa da, səfirlikdən bildiriblər ki, Azərbaycanda olan istənilən Belarus vətəndaşı şəxsiyyətini təsdiqləyən sənəd təqdim edərək səs verə bilərdi.

Seçicilərin əksəriyyəti, yəni 67,6 faizi səslərini Valentin Leonenkoya veriblər.

Bazar günü Belarusda parlamentin nümayəndələr palatasına seçkilər keçirilib.

Parlamentin nümayəndələr palatasında 110 yerə 293 namizəd iddia edib.

Rəsmi məlumatlara görə, parlament seçkilərində 7 milyondan artıq Belarus vətəndaşı iştirak edib.

Seçkilər baş tutmuş elan edilib.

Xəbər lenti

Xəbər lenti