...

Azərbaycan FHN Gürcüstanda keçirilən təlimdə iştirak edir

Siyasət Materials 24 Sentyabr 2012 17:28 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Gürcüstanda keçirilən təlimdə iştirak edir.
Azərbaycan FHN Gürcüstanda keçirilən təlimdə iştirak edir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Gürcüstanda keçirilən təlimdə iştirak edir.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 24-də NATO-nun Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzinin (EADRCC) və Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların idarə olunması Departamentinin təşkilatçılığı altında "Gürcüstan 2012" adlı təlimə start verilib.

Təlimin keçirilməsində əsas məqsəd NATO-ya üzv və tərəfdaş ölkələr arasında fövqəladə hadisələr zamanı birgə və səmərəli fəaliyyətin təşkil olunmasıdır. Təlim sentyabrın 28-dək davam edəcək.

"Gürcüstan 2012" təliminin ssenarisi Gürcüstanın mərkəzi ərazisində Tbilisidən 35 km cənubda Kvemo Kartli regionunda Rixter şkalası ilə 6,8 bal gücündə zəlzələnin törətdiyi fəsadların aradan qaldırılmasından ibarətdir.

Təlimdə Fövqəladə Hallar Nazirliyinin 60 nəfər şəxsi heyəti axtarış-xilasetmə, kimyəvi, bioloji, radioloji, nüvə və tibb xidməti üzrə əməliyyatları həyata keçirəcək.

Tədbirdə Azərbaycanla yanaşı, NATO-ya üzv və tərəfdaş dövlətlərin komandaları, həmçinin, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti