...

İlham Əliyev Almaniya və Koreya prezidentlərini təbrik edib

Siyasət Materials 2 Oktyabr 2012 18:39 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauka və Koreya Respublikasının Prezidenti Li Men Baka təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Almaniya və Koreya prezidentlərini təbrik edib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauka və Koreya Respublikasının Prezidenti Li Men Baka təbrik məktubu ünvanlayıb.

"Almaniya Federativ Respublikasının milli bayramı - Alman birliyi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Biz Azərbaycan-Almaniya münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Xalqlarımızı birləşdirən çoxşaxəli dostluq əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın geniş əhatə dairəsi bu mənada xüsusi məmnunluq doğurur. Ümidvaram ki, ikitərəfli qaydada həyata keçirdiyimiz işlərin müvəffəqiyyətlə davam etdirilməsi, eləcə də Avropa strukturları çərçivəsində tərəfdaşlığımızın dərinləşdirilməsi yolunda bundan sonra da ardıcıl səylər göstərəcəyik", - Almaniya Preizdentinə ünvanlanan məktubda deyilir.

İlham Əliyev Yoaxim Qauka ən xoş arzularını yetirib, dost Almaniya xalqına sülh və rifah diləyib.

"Ölkənizin milli bayramı - Dövlətin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq münasibətləri, daim genişlənən əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir. Hörmətli cənab Prezident, bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Koreya Respublikasının dost xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram", - Li Men Baka ünvanlanan təbrik məktubunda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti