...

AŞ PA-da Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş keçirilib

Siyasət Materials 3 Oktyabr 2012 23:29 (UTC +04:00)
Bu gün AŞ PA-nın payız sessiyasının üçüncü iş günündə qurumun sədri Jan-Klod Minyonun iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri arasında görüş olub.
AŞ PA-da Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş keçirilib

Fransa, Strasburq, 3 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Bu gün AŞ PA-nın payız sessiyasının üçüncü iş günündə qurumun sədri Jan-Klod Minyonun iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri arasında görüş olub.

Trend-in məlumatına görə, görüşdə Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidov, Ermənsitan nümayəndə heyətinin sədri David Arutunyan, qurumun Dağlıq Qarabağ üzrə Alt Komitəsinin sədri Jordi Çukla, eləcə də AŞ PA-nın baş katibi Vaytek Savitski iştirak ediblər.

Görüşdə müzakirə olunan məsələlərin detalları barədə mətbuata açıqlama verilməyib.

Qeyd edək ki, bu, AŞ PA-nın payız sessiyası çərçivəsində nümayəndə heyətlərinin ikinci görüşüdür. Birinci görüş 2012-ci il oktyabrın 1-də baş tutmuşdu.

Xəbər lenti

Xəbər lenti